Naxçıvan Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı (TGT) 2025-ci il üzrə fəaliyyət hesabatını ictimaiyyətə təqdim etdi.
Hesabata görə, keçən il ərzində TGT çərçivəsində 28 müxtəlif format tədbirlər keçirilmiş, 400-dən çox tələbə aktiv iştirak etmişdir. Bunlar arasında elmi konfranslar, mədəni-kütləvi gecələr, idman yarışları, könüllülük aksiyaları və peşəkar inkişaf seminarları yer alır.
Üzvlük sayı isə 2024-cü illə müqayisədə 35% artaraq 120 nəfərə çatmışdır. Könüllülük proqramında 200-dən çox tələbə iştirak etmişdir.
TGT sədri Elçin Müstəfayev bildirib: "Bu il çox məhsuldar keçdi. Tələbə fəallığı artdı, yeni layihələr başladıq. 2026-cı ildə daha böyük planlarımız var."


